Menyu

Ermənistanda Paşinyana qarşı saxta “Azərbaycan izi” kampaniyası

Operativ Media
Ermənistanda Paşinyana qarşı saxta “Azərbaycan izi” kampaniyası

Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkə daxilində cari hakimiyyət, xüsusilə də Baş nazir Nikol Paşinyana qarşı müxtəlif xarakterli kampaniyaların başladıldığı müşahidə edilir.

Operativ Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu kampaniyalar əsas olaraq ölkədəki ruspərəst və revanşist dairələr tərəfindən həyata keçirilir.

Sözügedən dairələrin Nikol Paşinyanın nüfuzunu sarsıtmaq məqsədilə sosial şəbəkələrdə genişmiqyaslı manipulyasiya və təbliğatlara başladığı da bildirilir.

Belə ki, kampaniyanın əsas xətti Paşinyan hökumətinin Qərbin, xüsusilə Fransanın və Prezident Emmanuel Makronun təsiri ilə ölkədə cinsi azlıqların hüquqlarını təbliğ etməsi və Ermənistanı “ənənəvi dəyərlərdən uzaqlaşdırması” barədə iddiaların yayılmasından ibarətdir. Bu yolla mühafizəkar erməni cəmiyyətində Paşinyana qarşı nifrət və etiraz dalğası formalaşdırmağa çalışıldığı qeyd olunur.

Kampaniyanın gedişində "False Flag" (Saxta Bayraq) əməliyyatı diqqət çəkir.

Bu kampaniyanın ən diqqətçəkən tərəfi onun icra metodudur. Belə ki, həmin müxalif qüvvələr tərəfindən saxta Azərbaycan profilləri yaradılıb. Həmin profillər bu kampaniyanın Azərbaycan mediasında da yayılması üçün müxtəlif media qurumlarına linklər göndərirlər. Məsələn Tural Eyubov adlı özünü azərbaycanlı kimi təqdim edən profilin məlumatlar hissəsindən onun Ermənistandan idarə olunduğu və qeydiyyatdan keçilən nömrənin Ermənistan mobil operatoruna məxsus olduğu görünür.

Kampaniyanı hazırlayan və idarə edən şəxslər eyni zamanda həm beynəlxalq ictimaiyyətdə, həm də Ermənistanda seçicilər arasında “Azərbaycan Ermənistanın daxili işlərinə və seçki prosesinə müdaxilə edir” rəyi formalaşdırmağa çalışırlar.

Əlaqəli Xəbərlər