Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi OBAPlus mobil tətbiqini yeniləyib
Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi müştərilərinə daha rahat və funksional alış-veriş təcrübəsi təqdim etmək məqsədilə OBAPlus mobil tətbiqini yeniləyib.
Operativ Media xəbər verir ki, yenilənmiş tətbiq alış-veriş prosesini daha planlı, şəffaf və müştərinin dostu halına gətirir.
Yeni funksionallıqlar sayəsində istifadəçilər artıq tətbiq daxilində səbətlərini əvvəlcədən yarada, almaq istədikləri məhsulları rahat şəkildə nəzərdən keçirə və xərclərini öncədən təxmin edə bilərlər. Bu imkan alış-veriş zamanı vaxt itkisini minimuma endirməklə yanaşı, büdcənin daha effektiv idarə olunmasına şərait yaradır.
Bununla yanaşı, tətbiqin yenilənmiş versiyası istifadəçilərə səbətlərini istədikləri şəxslərlə paylaşmaq imkanı da təqdim edir. Bu xüsusiyyət ailə üzvləri və yaxınlarla alış-verişin daha koordinasiyalı və rahat şəkildə planlaşdırılmasına kömək edir.
“OBA” marketlər şəbəkəsi müştəri məmnuniyyətini artırmaq və innovativ həllər təqdim etmək istiqamətində addımlarını davam etdirir.