Menyu

Almaniya Hörmüz boğazının açılmasını tələb edib

Operativ Media
Almaniya Hörmüz boğazının açılmasını tələb edib

Almaniyanın xarici işlər naziri Yohan Vadeful iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığında Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə silahlarından imtina etməsini tələb edib.

Operativ Media xəbər verir ki, bu barədə Y.Vadeful X hesabında məlumat verib.

Telefon danışığında Almaniyanın danışıqlar yolu ilə həll yolunu dəstəklədiyini vurğuladığını bildirən nazir qeyd edib: “ABŞ-nin yaxın müttəfiqi olaraq, biz eyni məqsədi bölüşürük: İran nüvə silahlarından tamamilə və təsdiqlənə biləcək şəkildə imtina etməli və ABŞ Dövlət katibi Marko Rubionun da tələb etdiyi kimi Hörmüz boğazını dərhal açmalıdır”.

Əlaqəli Xəbərlər