Menyu

İran ABŞ-yə blokadanı qaldırmaq üçün bir aylıq müqavilə təklif edib

Operativ Media
İran ABŞ-yə blokadanı qaldırmaq üçün bir aylıq müqavilə təklif edib

İran ABŞ-yə təqdim etdiyi planda hərbi əməliyyatların dayandırılması, blokadanın ləğvi və Hörmüz boğazının açılması barədə 30 gün ərzində razılığa gəlməyi təklif edib.

Operativ Media "Axios" portalına istinadən xəbər verir ki, Tehran nüvə proqramı ilə bağlı danışıqların aparılması üçün daha bir ay vaxt ayırıb.

Mənbələr Vaşinqtonun İran tərəfindən çərçivə sazişi barədə 14 maddəlik təklif aldığını bildirib. Məqalədə qeyd olunur ki, təkliflə tanış olan iki mənbənin sözlərinə görə, sənəddə Hörmüz boğazının açılmasını, ABŞ-nin dəniz blokadasına son qoymasını, həmçinin İran və Livandakı müharibənin tam dayandırılmasını nəzərdə tutan saziş üçün bir aylıq müddət müəyyən edilib.

"Axios"un məlumatına görə, İranın təklifinə əsasən, nüvə proqramı üzrə razılığa nail olmaq üçün növbəti bir aylıq danışıqlar prosesi yalnız belə bir sövdələşmə baş tutduqdan sonra başlaya bilər.

Bundan əvvəl "Fars" agentliyi məlumat vermişdi ki, İran razılığın əldə olunmasına dair "yol xəritəsi"ndən ibarət 14 maddəlik təklifi ABŞ-yə Pakistan vasitəsilə göndərib. Bu sənəd Amerika tərəfinin daha əvvəl təqdim etdiyi 9 maddəlik təşəbbüsə cavab olaraq hazırlanıb.

Əlaqəli Xəbərlər