Hikmət Hacıyev Bundestaqın nümayəndə heyəti ilə görüşüb
Operativ Media
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı regiondakı mövcud siyasi vəziyyət və Ermənistanla sülh prosesi barədə ətraflı fikir mübadiləsi aparılıb.