Menyu

Kreml: Putin Qələbə Günü üçün atəşkəs elan etməyə hazırdır

Operativ Media
Kreml: Putin Qələbə Günü üçün atəşkəs elan etməyə hazırdır

Rusiya prezidenti Vladimir Putin Qələbə gününə qədər atəşkəs elan etməyə hazırdır.

Operativ Media xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin bu barədə telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampı məlumatlandırıb.

Uşakov Trampın Putinin atəşkəs təklifini dəstəklədiyini söyləyib.

"Rusiya prezidenti bildirib ki, 2025-ci ilin əvvəlindən bəri Rusiya Ukraynaya 20 mindən çox meyit təhvil verib və Ukraynadan 500-dən bir qədər çox meyit təhvil alıb.

Putin Ukraynada danışıqlar yolu ilə həll üçün Zelenskinin əvvəllər müəyyən edilmiş təkliflərə müsbət cavab verməli olduğunu söyləyib.

Əlaqəli Xəbərlər