Menyu

Starmer və Tramp Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

Operativ Media
Starmer və Tramp Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisinin rəsmi nümayəndəsi məlumat yayıb.

Məlumata görə, liderlər Hörmüz boğazında yük daşımalarının yenidən canlandırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, mövcud tıxanma qlobal iqtisadiyyat üçün ağır nəticələrə yol açır, eyni zamanda həm Böyük Britaniyada, həm də dünya miqyasında yaşayış xərclərinin artmasına birbaşa təsir göstərir.

Bildirilib ki, Kir Starmer gəmiçilik azadlığının bərpa edilməsi istiqamətində Fransa Prezidenti Emmanuel Makronla birlikdə irəli sürdükləri birgə təşəbbüsün gedişatı barədə Donald Trampı məlumatlandırıb.

Əlaqəli Xəbərlər