Menyu

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub

Operativ Media
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub

Azərbaycan BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

Qeyd olunur ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri üzrə Ofisində sözügedən konvensiyanı ölkə adından imzalayıb.

Məlumata görə, konvensiya 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul olunub və beynəlxalq səviyyədə vasitəçilik yolu ilə əldə edilən razılaşmaların hüquqi çərçivəsini müəyyən edir.

Əlaqəli Xəbərlər