Menyu

Azərbaycan İrlandiya ilə enerji tərəfdaşlığını müzakirə edib

Operativ Media
Azərbaycan İrlandiya ilə enerji tərəfdaşlığını müzakirə edib

Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlığı müzakirə edib.

Operativ Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasındakı görüşdə aparılıb.

P.Şahbazovun sözlərinə görə, görüşdə mayeləşdirilmiş təbii qaz (LNG), həmçinin bərpa olunan enerji mənbələrinin istehsalı və ötürülməsi sahələrində əməkdaşlıq imkanları dəyərləndirilib.

Nazir qeyd edib ki, ötən il Azərbaycan İrlandiyanı 532 min ton xam neftlə təchiz edib.

Əlaqəli Xəbərlər