Menyu

Güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin siyahısı genişləndirilib

Operativ Media
Güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin siyahısı genişləndirilib

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dövlət başçısının qərarı ilə güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin siyahısına yeni kateqoriya əlavə edilib.

Dəyişikliyə əsasən, ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələrinin hakimləri artıq Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditindən yararlana biləcəklər.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Əlaqəli Xəbərlər