Menyu

"Nyukasl" Antoni Qordonun satış qiymətini müəyyənləşdirdi

Operativ Media
"Nyukasl" Antoni Qordonun satış qiymətini müəyyənləşdirdi

"Nyukasl" hücumçu Entoni Qordonun transferini müzakirə etməyə hazırdır.

Operativ Media "The Times" nəşrinə istinadən xəbər verir ki, klub 25 yaşlı ingiltərəli futbolçu üçün ən azı 86 milyon avro tələb edir. Daha əvvəl oyunçunun transfer dəyəri təxminən 65 milyon avro civarında qiymətləndirilirdi.

Qordonun keçidində əsas namizəd "Bavariya" klubudur. Yaxın vaxtlarda oyunçunun nümayəndələri ilə Almaniya təmsilçisinin rəsmiləri arasında mümkün transferin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, Qordon 2023-cü ilin yanvarından "Nyukasl"da çıxış edir və onun klubla müqaviləsi 1 iyul 2030-cu ilə qədər nəzərdə tutulub. Futbolçu 2025/26 mövsümündə meydana çıxdığı 46 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı hazırda onun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər