Modriç 14-cü dəfə Xorvatiyada "İlin futbolçusu" seçildi
Operativ Media
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada ilin futbolçusu seçilib.
Operativ Media xəbər verir ki, 40 yaşlı təcrübəli oyunçu bu mükafatı karyerası ərzində 14-cü, ardıcıl olaraq isə 10-cu dəfə qazanır.
Xatırladaq ki, Modriç 2025-ci ilin yayında azad agent statusu ilə "Milan"a keçib. O, cari mövsümdə İtaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla meydana çıxdığı 35 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.