Menyu

Tofiq Musayev: Ortaq məxrəclər əsasında BMT Təhlükəsizlik Şurası islahatları irəli aparıla bilər

Operativ Media
Tofiq Musayev: Ortaq məxrəclər əsasında BMT Təhlükəsizlik Şurası islahatları irəli aparıla bilər

Azərbaycan hesab edir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, ortaq məxrəclərə əsaslanmaqla danışıqlarda daha da irəliləyiş əldə etmək mümkündür.

Operativ Media xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının üzvlüyünün genişləndirilməsi və ədalətli təmsilçilik məsələləri üzrə hökumətlərarası danışıqlar çərçivəsində BMT Təhlükəsizlik Şurasının islahatı üzrə Afrika Modelinin müzakirəsi zamanı Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Tofiq Musayev deyib.

Onun sözlərinə görə, "Gələcək üçün Pakt"da dövlət və hökumət başçıları Təhlükəsizlik Şurasını daha təmsilçi, inklüziv, şəffaf, effektiv, səmərəli, demokratik və hesabatlı etmək üçün islahatlara sadiq olduqlarını bir daha təsdiqləyiblər, eyni zamanda Afrikaya qarşı tarixi ədalətsizliklərin həllinin prioritet və xüsusi məsələ olduğunu qəbul ediblər.

"Həmsədrlərin yenidən işlənmiş "Elementlər Sənədində" qeyd edildiyi kimi, üzv dövlətlər arasında Təhlükəsizlik Şurasında Afrika təmsilçiliyinin artırılmasına geniş dəstək var. Azərbaycan bu mövqeyə ardıcıl olaraq sadiq qalır, Afrika ölkələri ilə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar əməkdaşlıq da daxil olmaqla geniş sahələrdə dialoq və tərəfdaşlığı gücləndirməyə və dərinləşdirməyə davam edir".

Əlaqəli Xəbərlər