"Liverpul" İngiltərə çempionatının 33-cü turunun səfər qarşılaşmasında "Everton"a 2:1 hesabı ilə qalib gəlib. Oyun "Hill Dikinson" stadionunda baş tutub.
Operativ Media "Squawka"ya istinadən xəbər verir ki, "mersisaydlılar" Premyer Liqa tarixində turnir çərçivəsində 60 fərqli stadionda qələbə qazanan ilk komanda olublar.
Hazırda "Liverpul" 55 xalla İngiltərə çempionatının turnir cədvəlində beşinci, "Everton" isə 47 xalla 10-cu pillədə qərarlaşıb.