Menyu

Romelu Lukaku Neapola qayıdıb

Operativ Media
Romelu Lukaku Neapola qayıdıb

"Napoli"nin hücumçusu Romelu Lukaku aprelin 19-da Belçikadan Neapola gəlib.

Operativ Media xəbər verir ki, bu barədə "CalcioNapoli24" portalı məlumat yayıb.

32 yaşlı belçikalı futbolçu mart ayında, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı ona tapşırıldığı kimi Kastel-Volturnoya gəlmək əvəzinə vətənində qalmışdı. "Napoli" rəhbərliyi bu intizamsızlığa görə futbolçunu cərimələyib.

2025/26 mövsümündə keçirdiyi yeddi matçda cəmi bir qol vuran Lukaku, zədələr səbəbindən komandasının 30-dan çox oyununu buraxıb. Hücumçunun İtaliya klubu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.

Əlaqəli Xəbərlər