Menyu

Nazir müavini: İran Azərbaycana minnətdardır

Operativ Media
Nazir müavini: İran Azərbaycana minnətdardır

Azərbaycanla münasibətimiz çox yaxşıdır.

Operativ Media xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumunda iştirak edən İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə deyib.

Nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə də telefon danışığı baş tutub və bu danışıq zamanı qarşılıqlı münasibətlərin davam etdirilməsi qərara alınıb:

"Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var. İran Prezidenti Məsud Pezeşkian və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı bu xoş münasibətlərin davam edəcəyi bir daha təsdiqlənib".

O, Azərbaycan xalqına və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Əlaqəli Xəbərlər