Menyu

Bakıda üç yaşlı uşaq pəncərədən yıxılaraq ölüb

Operativ Media
Bakıda üç yaşlı uşaq pəncərədən yıxılaraq ölüb

Bakıda bədbəxt hadisə baş verib. 

Operativ Media xəbər verir ki, Nərimanov rayonunda 3 yaşlı uşaq pəncərədən yıxılıb. 

Hadisə aprelin 17-si saat 14 radələrində, azyaşlının yaşadığı Həsən Əliyev küçəsindəki evdə qeydə alınıb. 

2023-cü il təvəllüdlü Etibar Qafarov 4-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər