Menyu

Lənkəranda torpaq sürüşməsi oldu

Operativ Media
Lənkəranda torpaq sürüşməsi oldu

Lənkəran rayonunda torpaq qatı sürüşərək Ulum çayına tökülüb.

Operativ Media xəbər verir ki, torpaq sürüşməsi rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, təqribən 200 metr uzunluqda, 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çaya tökülüb.

Kənd sakinləri deyir ki, sürüşmə uzun müddətdir davam edir. Son yağışlardan sonda sürüşmə daha da aktivləşib. Çaya sel gələndə su qalxır və ətrafa daşır. Meyvə ağaclarını və toyuq-cücə üçün tikilən hini sel suları aparıb.

Əlaqəli Xəbərlər