Əl Şaraa və Ərdoğan regional maraqları müzakirə ediblər
Operativ Media
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Antalya Diplomatiya Forumunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə ikitərəfli münasibətlərin gücləndirilməsini və digər məsələləri müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə Əhməd Əl Şaraa "X" hesabında etdiyi paylaşımda bildirib.
O, qeyd edib ki, görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər həmçinin regional tərəfdaşlığın gücləndirilməsinini və bunun ölkələrin ortaq maraqlarına xidmət etməsi barədə müzakirələr aparıblar.