WUF13 QHT Forumu keçiriləcək
Operativ Media
Azərbaycan QHT-ləri WUF13-ə ciddi hazırlaşır. 2026-cı il mayın 19-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə WUF13 QHT Forumu keçiriləcək. Bu Foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir.
Operativ Media xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Agentliyin 5 illik fəaliyyətinə dair mətbuat konfransında söyləyib.
O bildirib ki, bu qlobal tədbir yerli və xarici QHT-lərin WUF13 irsinə çevriləcək.