Menyu

Şahbaz Şərif və İshaq Dar Türkiyəyə səfər edib

Operativ Media
Şahbaz Şərif və İshaq Dar Türkiyəyə səfər edib

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak məqsədilə Türkiyədə səfərdədirlər.

Operativ Media xəbər verir ki, bu barədə İshaq Dar "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - nazir bildirib.

Pakistanın xarici işlər naziri qeyd edib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir: "Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".

Əlaqəli Xəbərlər