Menyu

Sahibə Qafarova Gürcüstan Parlamentinin Fəxri medalı ilə təltif edib

Operativ Media
Sahibə Qafarova Gürcüstan Parlamentinin Fəxri medalı ilə təltif edib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə gürcü spiker "X" hesabında bildirib.

O qeyd edib ki, görüş zamanı fəal parlamentlərarası əməkdaşlıq alqışlanıb və Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığa sadiqlik təsdiqlənib.

“Biz bölgəmizdə sülh prosesini müzakirə etdik və strateji enerji layihələrinin irəlilədilməsinin vacibliyini vurğuladıq”, - Papuaşvili yazıb.

Spiker Sahibə Qafarovanı Gürcüstan parlamentinin bu yaxınlarda təsis etdiyi Fəxri medalla təltif edib.

O vurğulayıb ki, Milli Məclisin sədri bu mükafata Gürcüstanla Azərbaycan arasında parlament əlaqələrinin möhkəmləndirilməsinə və iki xalq arasında dostluğa verdiyi böyük töhfələrə görə layiq görülüb.

Əlaqəli Xəbərlər