Ağ Ev: ABŞ İrandan atəşkəsin uzadılmasını tələb etməyib - YENİLƏNİB
ABŞ İrandan rəsmi olaraq atəşkəsin uzadılmasını tələb etməyib.
Operativ Media xəbər verir ki, bu barədə Ağ evin sözçüsü Kerolayn Livit deyib.
"Hazırda biz danışıqlarda fəal iştirak edirik. Daha çox danışıqların keçirilməsi ilə bağlı müzakirələr aparılır. Lakin Ağ ev açıqlamayana qədər heç nə rəsmi deyil”, - deyə o, əlavə edib.
O, mümkün olan növbəti danışıqların çox güman ki, əvvəlki kimi Pakistanın paytaxtı İslamabadda keçiriləcəyini söyləyib.
21:30
ABŞ və İran sülh sazişi üzrə danışıqları davam etdirmək üçün daha çox vaxt qazanmaq məqsədilə çərşənbə axşamı günü müddəti bitən mövcud atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri müzakirə etmək məqsədilə texniki məsləhətləşmələr təşkil etmək üçün səylər göstərirlər.
Əsas mövzular arasında Hörmüz boğazında əməliyyatların bərpasının mümkünlüyü və İranda uranın zənginləşdirilməsi ilə bağlı məsələlər var.