Menyu

ADY qida məhsullarının daşınmasında artım qeydə alınıb

Operativ Media
ADY qida məhsullarının daşınmasında artım qeydə alınıb

Azərbaycan Dəmir Yolları bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb.

Operativ Media xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% çoxdur.

Eyni zamanda, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və bu da ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd olunub ki, qida sənayesi məhsullarının tranzit daşımalarında da artım müşahidə edilib.

Belə ki, ilin birinci rübündə tranzit daşımalar 21% artaraq 139,7 min ton, mart ayında isə 64% artaraq 67,3 min ton təşkil edib.

Əlaqəli Xəbərlər