Menyu

Gömrükdə gözləyən yük maşınlarının sayı açıqlanıb

Operativ Media
Gömrükdə gözləyən yük maşınlarının sayı açıqlanıb

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 800 yük maşını gözləyir.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Mazımqara” gömrük postunda 2, “Samur” gömrük postunda 235 və “Xanoba” gömrük postunda 10 yük maşını var.

“Biləsuvar” gömrük postunda isə gözləyən yük maşını yoxdur.


Əlaqəli Xəbərlər