Menyu

İndoneziya səfiri Şuşada aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Operativ Media
İndoneziya səfiri Şuşada aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov İndoneziyanın ölkəmizdəki səfiri Berlian Helmini ilə görüşüb.

Operativ Media xəbər verir ki, Aydın Kərimov səfiri Şuşada aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenilənməsi, əhalinin köçü barədə məlumatlandırıb. Bildirib ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir.

Səfir Berlian Helmini isə öz növbəsində gələcəkdə İndoneziyanın hansısa bir şəhərinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə öz layiqli töhfəsini verə biləcəyini xüsusi vurğulayıb.

Görüşdə, eyni zamanda, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibət, dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.

Əlaqəli Xəbərlər