Pezeşkian İrana müharibə çağırışlarına qarşı olan ölkələrə dəstək ifadə edib
Operativ Media
İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misir İsrailin İrana qarşı müharibə çağırışlarına qarşıdır.
Operativ Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"Sivilizasiyaların mahiyyəti kritik tarixi məqamlarda özünü büruzə verir", - paylaşımda qeyd olunub.
İran Prezidenti bildirib ki, İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin İsrailə qarşı tutduğu mövqe bu ölkələrin dərin mədəni və tarixi köklərindən qaynaqlanır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma