Bəhreyn İraqa nota verib
Operativ Media
İraq səfirliyinin müvəqqəti işlər vəkili Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, Bəhreyn XİN İraq ərazisindən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı həyata keçirilən zərərli dron hücumlarını kəskin şəkildə pisləyib.
Görüş zamanı ikitərəfli əlaqələr üzrə baş direktor Şeyx Abdullah bin Əli Al Xəlifə İraq diplomatı Əhməd İsmayıl al-Karaviyə rəsmi etiraz notası təqdim edib.
O vurğulayıb ki, İraq bu təhdid və hücumlara regional və beynəlxalq hüquqa uyğun şəkildə təcili və məsuliyyətli şəkildə cavab verməlidir.