Menyu

Ərdoğan və Zelenski arasında görüş keçirilib - YENİLƏNİB

Operativ Media
Ərdoğan və Zelenski arasında görüş keçirilib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunan mövzular açıqlanıb.

Operativ Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, görüşdə Ukrayna–Rusiya müharibəsində sülh axtarışları, həmçinin regional və qlobal inkişaflar müzakirə olunub.

Prezident Ərdoğan görüş zamanı Ukrayna ilə Rusiya arasında aparılan danışıqlara Türkiyənin dəstəyinin davam edəcəyini, bölgənin daha çox sülh və sabitliyə ehtiyac duyduğunu bildirib.

***

17:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan-Zelenski görüşü İstanbuldakı Dolmabağça Ofisində keçirilir.

Əlaqəli Xəbərlər