İran Körfəz ölkələrini günahlandırıb
Operativ Media
İran ötən gün Şiraz üzərində vurulan PUA-lara görə Körfəz ölkələrini günahlandırıb.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi “X” hesabında qeyd edib.
Onun sözlərinə görə, dron qalıqları bəzi region ölkələrinin ABŞ-İsrail hücumlarında birbaşa iştirakına dəlalət edir.
Bəqayi ad çəkmədən iki regional ölkənin hər birinin bu tipli dronun sahibi və istifadəçisi kimi izahat verməli olduğunu vurğulayıb.
Qeyd edək ki, İran mediasının xəbərlərinə görə, vurulan pilotsuz uçuş aparatının (PUA) əvvəlcə ABŞ istehsalı olan “MQ-9” tipli olduğu güman edilsə də, ekspertlər bildiriblər ki, bu PUA əslində Fars körfəzinin cənubunda yerləşən iki ölkənin istifadəsində olan “Wing Loong 2” tipinə aiddir.