Menyu

Pakistan və Səudiyyə Ərəbistanı XİN başçıları müzakirə aparıblar

Operativ Media
Pakistan və Səudiyyə Ərəbistanı XİN başçıları müzakirə aparıblar

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faisal bin Farhan Al Saud ilə telefonla danışıb və regiondakı vəziyyəti müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"Nazirlər regional vəziyyəti müzakirə edib, son hadisələr ətrafında fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib və əlavə edilib ki, söhbət əsnasında gərginliyin azaldılması və dialoqa ehtiyac olduğu vurğulanıb:

"Fars körfəzi və Yaxın Şərqdə sülh üçün beş bəndlik Pakistan-Çin təşəbbüsü də müzakirə edilib".

Bununla yanaşı, Pakistan və Səudiyyə Ərəbistanı arasında sıx təmaslar razılaşdırılıb.

Əlaqəli Xəbərlər