Prezident diplomatik nümayəndəliklərlə bağlı əsasnamələri təsdiqləyib
Operativ Media
Azərbaycan Prezidenti İlham Əliyev diplomatik nümayəndəliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni fərman imzalayıb.
Operativ Media xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında yeni əsasnamələr təsdiq edilib.
Eyni zamanda müəyyən olunub ki, səfirlik və daimi nümayəndəliklərlə bağlı əsasnamələrin müddəaları müvafiq təmsilçilik və nümayəndəliklərə də şamil olunur.
Sənədə əsasən, bu sahədə əvvəl qüvvədə olan bir sıra prezident fərmanları ləğv edilib. Nazirlər Kabinetinə isə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.