ABŞ Prezidenti Donald Tramp 14 və 15 may tarixlərində Çin Prezidenti Si Cinpin ilə yüksək səviyyəli zirvə görüşü üçün Pekinə səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levitt məlumat yayıb.
"Prezident Trampın Çində Prezident Si ilə çoxdan gözlənilən görüşü 14 və 15 mayda Pekində keçiriləcək", - deyə sözçü Karolin Levitt jurnalistlərə bildirib.