Menyu

Qırğızıstan İrana humanitar yardım edəcək

Şəfa Hüseynli
Qırğızıstan İrana humanitar yardım edəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə Qırğızıstan İrana humanitar yardım göstərəcək.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, humanitar yardımın ümumi həcmi 129 tondur, o cümlədən 66 ton ərzaq və 63 ton dərman. Humanitar yardıma un, konservləşdirilmiş ət, bitki yağı və zəruri dərmanlar daxildir.

Yük yığılmış Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin yeddi ağır tonnajlı yük maşınından ibarət karvana yüklənmiş və İrana göndərilmək üçün hazırlanmışdır.

Humanitar yardımın İrana çatdırılması Qırğızıstanın İrandakı səfiri Akılbek Kılıçevin iştirakı ilə həyata keçiriləcək.

Əlaqəli Xəbərlər