İranın hücumundan sonra Küveyt neft emalı zavodunda yanğın baş verib
Şəfa Hüseynli
İranın pilotsuz təyyarəsinin hücumundan sonra Küveytin Əl-Əhmədi limanı yaxınlığındakı neft emalı zavodunda bir neçə yanğın baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası (KPC) bildirib.
"Əl-Əhmədi limanının yaxınlığında yerləşən neft emalı zavoduna bu səhər dron hücumu edilib. Nəticədə bir neçə yanğın baş verib və hazırda yanğınsöndürənlər bu yanğınların qarşısını almaq üçün çalışırlar".- məlumatda qeyd edilib.