Ukraynalı qaçqınların yaşadığı sığınacaqda yanğın törədilib
Almaniyanın şimalında Qross-Ştrömkendorf kommunasında naməlum şəxslər tərəfindən yanğın törədilib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Bild” qəzeti yerli hökumətə istinadən məlumat yayıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
“Oktyabrın 19-u yerli vaxtla 21:20-də Şeferbek otel kompleksinin binalarının birində, 14 nəfər Ukraynalı qaçqının məskunlaşdığı binada xarici divarın yanması tez bir zamanda binanın damına keçib. Baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb, ukraynalılar təxliyə olunub”, - məlumatda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net