İlham Əliyev: Azərbaycan İrana növbəti humanitar yardım göndərəcək
Operativ Media
Azərbaycan yaxın zamanlarda İrana növbəti humanitar yardım göndərəcək.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı zamanı deyib.
Dövlət başçısı Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.