Menyu

Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb - YENİLƏNİB

Operativ Media
Nizami Kino Mərkəzinin binası  müdaxiləyə məruz qalıb - YENİLƏNİB

Nizami Kino Mərkəzinin yazılarla korlanmış fasadının ilkin görünüşü bərpa olunub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Qeyd olunub ki, aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara etmiş, müxtəlif söz və ifadələr yazıblar:

"Görülən tədbirlərin nəticəsində qısa müddətdə həmin barbarlıq aktının nəticələri aradan qaldırılıb. Artıq binanın fasadının ilkin görünüşü bərpa olunub.

Bir daha xatırladırıq ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Abidələrin qorunması isə həm mənəvi borcumuz, həm də qanunvericiliyinin tələbidir".

13:42

Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb.

Operativ Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) birgə bəyanat yayıb.

Qeyd olunub ki, həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.

"Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür. Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan qanunvericiliyinə riayət olunmasını tələb edirik". - məlumatda qeyd edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər