Menyu

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 5 vaqon taxıl göndərilib - YENİLƏNİB

Operativ Media
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 5 vaqon taxıl göndərilib - YENİLƏNİB

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

Operativ Media xəbər verir ki, ümumi çəkisi 349 ton olan 5 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

***
08:02

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək.

Operativ Media xəbər verir ki, daşınan yük 5 vaqon təşkil edir.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Əlaqəli Xəbərlər