Menyu

Putin Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib

Operativ Media
Putin Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib

Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, liderlər İran qarşı Amerika-İsrail hücumu nəticəsində Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.

Tərəflər regionda münaqişənin artması riskləri və onun nəticələri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Vladimir Putin son dərəcə təhlükəli vəziyyətin siyasi və diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunur ki, Putin Yaxın Şərqdəki gərginləşən vəziyyətin nəticələrini nəzərə alaraq Qətər Dövləti ilə həmrəyliyini ifadə edib və hər cür dəstək və yardım göstərməyə hazır olduğunu bildirib.

Şeyx Təmim öz növbəsində Putinə həmrəylik və dəstəyə görə minnətdarlığını bildirib.

Əlaqəli Xəbərlər