Menyu

Aprel ayında Moskva-Bakı hökumətlərarası komissiyasının iclası keçiriləcək

Operativ Media
Aprel ayında Moskva-Bakı hökumətlərarası komissiyasının iclası keçiriləcək

Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının aprel ayında Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya hökumətindən məlumat verilib.

Rusiya hökumət nümayəndə heyətinin martın 2-də Bakıya səfəri çərçivəsində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrləri A.Overçuk və Ş.Mustafayev arasında baş tutan görüşün yekunlarına dair bildirilib: "Rusiya və Azərbaycanın Baş nazir müavinləri iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasını aprel ayında Azərbaycan Respublikasında keçirməyi qərara alıblar. Görüş Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinə xas olan konstruktiv və dostluq mühitində keçib".

Əlaqəli Xəbərlər