Azərbaycan və Qətər rəsmiləri regionda artan hərbi eskalasiyanı müzakirə ediblər
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər regionda artan hərbi eskalasiyanı müzakirə ediblər.
Danışıqlar zamanı tərəflər regionda hərbi eskalasiyanın artmasından və bunun həm regional, həm də beynəlxalq təhlükəsizliyə yarada biləcəyi ciddi fəsadlardan narahatlıqlarını ifadə ediblər. Sultan bin Saad Al Mureyxi Qətər ərazisinin hədəf alınmasını ölkəsinin suverenliyinin kobud pozulması kimi qiymətləndirib.
Öz növbəsində, Azərbaycan tərəfi Qətərin suverenliyinə və hava məkanına qarşı törədilən hücuma görə narahatlığını ifadə edib, beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb. Diplomatlar böhranın qarşısını almaq üçün dialoqa qayıtmağın və təmkinli davranmağın zəruriliyini qeyd ediblər.
State Minister for Foreign Affairs Receives Calls from Paraguay and Azerbaijan Officials
— Ministry of Foreign Affairs - Qatar (@MofaQatar_EN) March 2, 2026
Doha | March 02 2026
HE Minister of State for Foreign Affairs, Sultan bin Saad Al Muraikhi, received two phone calls on Sunday from senior officials from Paraguay and Azerbaijan.
HE Al… pic.twitter.com/X3EoTn6pSZ