Menyu

Oman və İran XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib

Operativ Media
Oman və İran XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi Omanlı həmkarı Badr al-Busaidi ilə telefon danışığında Tehranın regionda gərginliyin azaldılmasına yönəlmiş istənilən təşəbbüsə açıq olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, tərəflər regional vəziyyəti müzakirə ediblər. Əraqçi İsrail və ABŞ-nin İrana qarşı hücumlarının bölgədə gərginliyin və panikanın artmasına səbəb olduğunu qeyd edib və İranın eskalasiyanın dayandırılması, sabitliyə qayıdış üçün bütün ciddi təşəbbüslərə hazır olduğunu vurğulayıb.

İran XİN rəhbəri həmçinin Oman sultanlığına regionda gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylərə görə təşəkkürünü bildirib.

Öz növbəsində, Bədr əl-Busaidi İranı təmkinli olmağa, mehriban qonşuluq münasibətlərinin qorunmasına çağırıb. O, həmçinin atəşkəsə nail olunmasının və İran məsələsi üzrə danışıqların bütün tərəflərin maraqları nəzərə alınmaqla bərpa edilməsinin vacibliyini qeyd edib.

Əlaqəli Xəbərlər