Ermənistan Rusiya ilə dəmir yolu infrastrukturunu müzakirə edib
Operativ Media
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan Rusiyanın Nəqliyyat nazirinin müavini Dmitri Zverevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Görüşdə "Gümrü-Axurik-Türkiyə Respublikasının sərhədi" və "Yerask-Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının sərhədi" dəmir yolu infrastrukturlarının bərpası və tikintisi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin avtomobil nəqliyyatı və hava nəqliyyatı sahələrində mövcud əməkdaşlığın səviyyəsinə də toxunulub.
Müzakirələrin davam etdirilməsi barədə razılıq əldə edilib.