Ana səhifə / Cəmiyyət / Maştağada işıq olmayacaq Maştağada işıq olmayacaq 13.01.2026, 10:50 Operativ Media Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Saat 10:30-dan 12:30-dək Maştağa qəsəbəsi, Savalan yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq. Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.