Menyu

Pirşağı-Böyükşor yolunda qəza zamanı 1 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Operativ Media
Pirşağı-Böyükşor yolunda qəza zamanı 1 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Pirşağı-Böyükşor yolunda baş verən qəza zamanı 1 nəfər yaralanıb.

Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 12.01.2026-ci il tarixində saat 16:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Pirşağı qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Hadisə yerində xəsarət alan 1 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

17:25

Pirşağı-Böyükşor yolunda "Opel Astra" yoldan çıxaraq aşıb.

Operativ Media-nın xəbərinə görə, hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilir.

Əlaqəli Xəbərlər