Xətaidə əməliyyat zamanı 20 kq narkotik vasitə aşkarlanıb
Operativ Media
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini Hüseyn Məmmədzadə saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Onun əlində olan bağlamaya baxış zamanı 12 kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək aşkarlanıb. H.Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net