Menyu

DSX: Ötən il dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub

Operativ Media
DSX: Ötən il dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub

Ötən il Azərbaycanın dövlət sərhədində 128 milyon 255 min 862 manat dəyərində qaçaqmal tutulub.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində qeyd olunub.

Bildirilib ki, ötən il ərzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən, həmçinin digər hüquq-mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78 min 457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bundan başqa, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər