Menyu

Maştağada “Xəyal” bazarında nöqsanlar aşkarlanıb

Operativ Media
Maştağada “Xəyal” bazarında nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsi 1 ünvanında fiziki şəxs Rəcəbli Xəyal Fikrət oğluna məxsus “Xəyal” bazarı və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib. 

Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub. Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib.


Fotogalereya

Əlaqəli Xəbərlər