Beyləqanda fəaliyyət göstərən kafedə yoxlama keçirilib
Operativ Media
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonunun Daşburun qəsəbəsində fəaliyyət göstərən, Əliyev Vüqar Həsrət oğluna məxsus kafedə yoxlama keçirib.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Belə ki, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, qida ilə təmasda olan səthlər asan təmizlənən, dezinfeksiyaya və korroziyaya davamlı materialdan hazırlanmayıb, havalandırma sistemi quraşdırılmayıb və sair tələblər pozulub.
Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.